Rusiya sülhməramlıları Qırmızı Bazarı minalardan təmizlədi
11:35 18 Fevral 2021

Rusiya sülhməramlı kontingentinin minaların təmizlənməsi bölüyü Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsini partlayıcı maddələrdən təmizləyib.
Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Rusiya istehkamçıları aralarında 122 mm-lik yüksək partlayıcı top mərmiləri və kumulyativ tank sursatı da daxil olmaqla 400-ə yaxın partlayıcı maddəni zərərsizləşdirib.
Aşkar edilmiş partlayıcılar xüsusi təchiz olunmuş Ballıca poliqonunda məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilib.
Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1419 hektar ərazi, 443 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1361 tikili partlamamış hərbi sursatlardan təmizlənib, 24 453 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Femida.az
Oxunub: 313
Oxşar xəbərlər
- Rusiyanın indiyədək Qarabağa göndərdiyi humanitar yardımın həcmi açıqlanıb
- Rusiyadan idxal edilən toyuq ətində salmonella aşkarlanıb
- Rusiyada ötən sutka koronavirusa 12 742 nəfər yoluxub
- Rusiyada güclü zəlzələ oldu
- Bayden Rusiyanı NATO-nu zəiflətmək cəhdlərində günahlandırıb
- Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub
- Rusiya XİN: Üçtərəfli bəyanatlara əsasən regiona dinc həyat qayıdır
- Türkiyə XİN Rusiyanın Krımda keçirdiyi əməliyyatlarla bağlı bəyanat yayıb
- Rusiyada terror aktları törətməyi planlaşdıran 19 ekstremist həbs edilib
- Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib