XİN rəhbərlərinin Bakı görüşü təxirə salındı


12:58     18 Fevral 2021 2021/02/uc-ba-1613638417_1613639162.jpg

Bu ilin 19 fevral tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə Femida.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumata görə, Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfəri Baş nazir Giorgi Qaxariyanın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.


Femida.az

Açar sözlər:

Oxunub: 404