Şəmkirdə qadını döyən şəxs tutuldu
13:20 18 Fevral 2021

Ötən il Şəmkir rayonunda qadını döyən şəxs saxlanılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il dekabrın 4-də Kür qəsəbəsi ərazisində Gəncə şəhər sakini A.Sadıqovanı döyərək 150 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Abbasov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.
Oxunub: 233
Oxşar xəbərlər
- Şəmkirdə gəlin qayınanasına xəsarət yetirib
- Şəmkirdə avtoxuliqanlıq edən şəxs tutulub
- Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu
- Şəmkirdə koronavirus xəstəsi saxlanıldı
- Şəmkirdə 17 yaşlı oğlan öz həmyaşıdını qətlə yetirdi
- Şəmkirdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
- Şəmkirdə avtomobil sexində yanğın olub, xəsarət alan var
- Şəmkirdə evdə partlayış olub, xəsarət alan var
- Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
- Şəmkirdə qadına qarşı soyğunçuluq edildi