Halsız vəziyyətdə olan vətəndaşlar xilas edilib


14:03     18 Fevral 2021 2019/03/komeksiz-halsiz-fhn-yardim-bagli-qapi-cinayet-yangin_1552295307.jpeg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşları halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 345