DSX əməkdaşlarının vaksinasiyası başlanıb


15:07     18 Fevral 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının koronavirusa qarşı peryvəndlənməsinə başlanıb.

Femida.az-ın məlumatına görə, xidmət əməkdaşlarının vaksinasiyası DSX-nin hospitalında həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə start verilib.

Yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib.

İlkin mərhələdə sosial cəhətdən yüksək risk qrupuna daxil olan səhiyyə işçiləri - həkim, orta və kiçik tibb heyəti, texniki heyət peyvənd olunub.

Növbəti mərhələdə tibbi cəhətdən yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Dünəndən isə yaşı 50-dən yuxarı olan şəxslərə peyvəndin vurulmasına başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 356