Zaqatala sakini hündürlükdən yıxılaraq xəsarət alıb


22:10     18 Fevral 2021 21_02_18_1613671851.jpg

Zaqatalada 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini 1966-cı il təvəllüdlü Natiq Cəfər oğlu Babayev kəllə-beyin travması ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub, vəziyyəti ağır qiymətləndirilir.

Müayinə zamanı N.Babayevin hündürlükdə iş görən zaman nərdivandan yıxılaraq xəsarət aldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır

Açar sözlər:

Oxunub: 369