Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?
10:57 19 Fevral 2021

Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az -a bildirilib ki, əsasnaməyə görə, aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:
- iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);
- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
- hər iki əlin bilək oynağından amputasiyası.
II dərəcə əlillik müddətsiz təyin edilir:
- bir budun güdülü;
- bir əlin güdülü.
III dərəcə əlillik müddətsiz təyin edilir:
- bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);
- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;
- baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).
Femida.az
Oxunub: 520
Oxşar xəbərlər
- Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
- Əfv Komissiyasının növbəti iclası keçirilib - 150-dən çox müraciətə baxılıb
- Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
- Umayra Tağıyeva: "Qarın ən kəskin dövrü geridə qaldı"
- DİN: Bakı-Qazax yolunun qəza baş verən hissəsində hərəkət tam bərpa edilib
- Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
- Əfv Komissiyasının növbəti iclası keçirilir
- Ərdoğan: "Terrora qarşı mübarizə aparmaq üçün heç kimdən icazə almayacağıq"
- Qaradağda zəncirvarı qəzada bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - RƏSMİ
- Gecə və səhər yollar buz bağlayacaq - PROQNOZ