Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?
10:57 19 Fevral 2021

Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az -a bildirilib ki, əsasnaməyə görə, aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:
- iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);
- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
- hər iki əlin bilək oynağından amputasiyası.
II dərəcə əlillik müddətsiz təyin edilir:
- bir budun güdülü;
- bir əlin güdülü.
III dərəcə əlillik müddətsiz təyin edilir:
- bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);
- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;
- baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).
Femida.az
Oxunub: 606
Oxşar xəbərlər
- Prezident “Notariat haqqında” qanuna dəyişiklikləri təsdiqlədi
- “İrəvan Bakı ilə dialoqdan imtina etmir” - Ayvazyan
- Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb
- MN: Elxan İbrahimov Tibb Baş İdarəsi rəisinin müavini kimi öz vəsifəsini davam etdirir
- Baş prokuror: "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq"
- “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü
- Dövlət başçısı: “Türkiyə şirkətlərinin burdakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq”
- “Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir” - Prezident
- “Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq” - İlham Əliyev
- Azərbaycanda törədilən dəhşətli qətlin üstü açıldı – HƏBSLƏR VAR