Prezident manatla bağlı göstəriş verib


17:17     23 Dekabr 2015 ilhameliyev1_465.jpg

“Dollarla kredit götürən vətəndaşların vəziyyəti çox çətindir. Hazırda dövlət bu məsələyə baxır, onlara xüsusi güzəştlərin edilməsi gözlənilir”


Bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib.

“Dollarla kredit götürənlər əlavə vəsait ödəməsinlər deyə Azərbaycan hökuməti və Mərkəzi Bank məsələyə baxmalıdır. Həmin insanların 10 min manata qədər olan kreditləri köhnə məzənnə ilə ödənilməsi haqda qərar verilə bilər. Bu addım aşağı təbəqəyə malik insanların əziyyət çəkməməsinə və kreditlərin ödənilməsinə müəyyən mənada yardım edə bilər”.

Neftin ucuzlaşması fonunda manatın növbəti devalvasiyasının ola biləcəyi ehtimalına gəlincə, V.Əhmədov bildirib ki, bununla bağlı hökumətin xüsusi tədbirlər planı olmalıdır:

“Məndə olan məlumata görə, hazırda bu istiqamətə iş gedir. Cənab prezident İlham Əliyev hökumətə manatın bu səviyyədə saxlanması üçün göstəriş verib. Göstərişə əsasən, hökumət elə proqram tərtib etməlidir ki, manatı bu səviyyədə qoruyub saxlamaq mümkün olsun. Bu baxımdan da sahibkarlıqla məşğul olan insanlara müəyyən güzəştlərin verilməsi, monopoliyanın aradan qaldırılması, qeyri- neft sektorunun inkişafı və s. məsələlərə Azərbaycan hökuməti tərəfindən baxılacaq”.

Açar sözlər:

Oxunub: 9122