Baş prokurorun müavini Məhkəmə-Hüquq Şurasına üzv seçilib
11:18 19 Fevral 2021

Baş prokurorun müavini Heydər Məmmədov Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Şuradan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hər iki şəxs 5 il müddətinə Məhkəmə-Hüquq Şurasının üzvlüyünə qəbul edilib.
H.Məmmədov Şurada səlahiyyət müddəti başa çatan Baş prokurorun sabiq müavini Namiq Əsgərovu əvəzləyib.
Qeyd edək ki, hazırda Şurada H.Məmmədovla yanaşı ədliyyə naziri Fikrət Məmmədov (sədr), Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Sumqayıt Kommersiya Məhkəməsinin sədri Xəqani Tağıyev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov təmsil olunur.
Oxunub: 268
Oxşar xəbərlər
- Baş Prokurorluğun əməkdaşları beynəlxalq onlayn təlimdə iştirak edib
- Baş prokuror Əfv Komissiyasının iclasında iştirak edir
- Baş nazir istefa verdi - Gürcüstanda
- Baş prokuror Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü
- Baş nazirdən əməkhaqqı ilə bağlı qərar
- Baş prokuror Kamran Əliyev Türkiyəyə gedib
- Baş Prokurorun müavini qazinin həbsinə görə protest verdi
- Baş prokuror hakim təyin olunan sabiq işçilərlə görüşdü
- Baş Prokurorluq «İnstagram»da sual-cavab sessiyası keçirəcək
- Baş Prokurorluğun yeni binasında 3 dindirmə otağı yaradılıb