Baş prokurorun müavini Məhkəmə-Hüquq Şurasına üzv seçilib


11:18     19 Fevral 2021 2021/02/d31ecff6-575b-3b5d-9171-b6dc016d4ab6_850_1613719168.jpg

Baş prokurorun müavini Heydər Məmmədov Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Şuradan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hər iki şəxs 5 il müddətinə Məhkəmə-Hüquq Şurasının üzvlüyünə qəbul edilib.

H.Məmmədov Şurada səlahiyyət müddəti başa çatan Baş prokurorun sabiq müavini Namiq Əsgərovu əvəzləyib.

Qeyd edək ki, hazırda Şurada H.Məmmədovla yanaşı ədliyyə naziri Fikrət Məmmədov (sədr), Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Sumqayıt Kommersiya Məhkəməsinin sədri Xəqani Tağıyev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov təmsil olunur.

Açar sözlər:

Oxunub: 588