Tərtərdə avtomobillə piyadanı vuraraq qaçan şəxs saxlanıldı
11:39 19 Fevral 2021
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan naməlum şəxsin yeri müəyyən edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, fevral ayının 15-də saat 08 radələrində Tərtər rayonunun Hüsənli kəndi ərazisində yolu keçmək istəyən piyadanın müəyyən edilməyən avtomobillə vurulması barədə RPŞ-yə məlumat daxil olub.
Hazırda piyadanın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücünün Müşviq Qasımov olduğu müəyyən edilib. O, yol qəzasını törətdiyi avtomobillə birlikdə saxlanılaraq Tərtər RPŞ-yə gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxunub: 407
Oxşar xəbərlər
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tərtərdə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Tərtərdə qohumunu qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Tərtərdə silah-sursat aşkar edilib
- Tərtərdə gənc oğlan qətlə yetirilib - FOTO
- Tərtərdə 21 yaşlı gənc itkin düşüb
- Tərtərdə müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb
- Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb
- Tərtərdə qanunsuz ov edən şəxslər saxlanılıb
- Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi başlanılıb