Ötən ildən bağlı qalan oğurluğun üstü açıldı
11:55 19 Fevral 2021

2020-ci il noyabrın 11-də Quba rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarının birində işləyən S.Davudov Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iş otağında olan çantasından balansında 2 051 manat pul olan plastik kartının naməlum şəraitdə oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a bildiirlib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisə Siyəzən rayon sakini Pərviz Qubatov tərəfindən törədildiyi müəyyən edilib və hazırda həmin şəxsin Oğuz rayonu ərazisində yerləşən şirkətlərin birində işlədiyi dəqiqləşdirilib.
Quba və Oğuz RPŞ-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat tədbirləri ilə P.Qubatov işlədiyi məntəqədə saxlanılaraq istintaqa təqdim olunub.
Dindirilmə zamanı o törətdiyi oğruluq əməli etiraf edərək, kartda olan 2051 manat pulu digər rayonların ərazisində yerləşən bankomatlardan çıxararaq xərclədiyini bildirib.
Faktla bağlı P.Qubatov barəsində Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Oxunub: 249
Oxşar xəbərlər
- Ötən ay diplomların tanınması barədə 70 müraciətə mənfi cavab verilib
- Ötən il Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı artıb
- Ötən gün Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
- Ötən il 3300-dən çox məhkumun cəzası azaldılıb
- Ötən il 400-dən çox hüquqi akt layihəsi təhlil edilib
- Ötən il bu qanunun pozulmasına görə tətbiq olunan 27,5 milyon manatdan çox cərimə yazılıb
- Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutulub - RƏSMİ
- Ötən gün axtarışda olan 44 nəfər saxlanılıb
- Ötən ay DMX-a 7208 müraciət daxil olub
- Ötən il ən çox qayda pozuntusu sürət həddinin aşılması olub