Azərbaycan Sahibkarlar Konfederasiyası Özbəkistanda nümayəndə təyin edib
12:18 19 Fevral 2021
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ölkə iqtisadiyyatının təbliği, xarici investorların cəlbi, Azərbaycan məhsullarının xarici ölkələrdə təşviq olunmasına öz töhfəsini vermək üçün xarici nümayəndələrinin sayını artırır.
Femida.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, ASK-nın Özbəkistanda nümayəndəsi vəzifəsinə Fərid Aqil oğlu Verdiyev təyin edilib.
O, 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq, 2000-2004-cü illərdə Bakı Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat və 2013-cü ildə Moskva Dövlət İqtisadiyyat Universitetinin Dünya İqtisadiyyatı ixtisasları üzrə təhsil alıb.
F.Verdiyev əmək fəaliyyətinə “Bakı Şərab-1” ASC-də hüquq məsləhətçisi kimi başlayıb, daha sonra isə Hüqüq və kadrlar şöbəsinin rəisi olub. O, 2010-2011-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (Az.TEST) Direktor müavini kimi fəaliyyət göstərib.
O, Özbəkistanda fəaliyyət göstərən “A-sera Asia” MMC-nin təsisçisi, eləcə də Türkiyədə təsis edilmiş “Six Sigma İthalat İhracat LTD”nin rəhbəridir.
ASK-nın Özbəkistandakı tərəfdaşları, o cümlədən, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatası ilə məhsuldar əməkdaşlığı barədə nümayəndəyə geniş məlumat verilib və hər iki ölkə arasında iqtisadi əməkdaşlığı yüksəltmək üçün onun qarşısında konkret hədəflər qoyulub.
Oxunub: 456
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)