5 kq-dan çox narkotik dövriyyədən çıxarıldı
13:00 19 Fevral 2021

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarıəldə edilən məlumatı əsasında əməliyyat keçiriblər.
Tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Sərxan Bağırov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 5 kiloqram 175 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni həm şəxsi istifadəsi, həm də ki, satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Qeyd edilən faktla bağlı S.Bağırov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 212
Oxşar xəbərlər
- Dənizdə küləyin sürəti 37 m/s-yə, dalğanın hündürlüyü 7.5 m-ə çatacaq
- Azərbaycanda bir gündə 353 nəfər COVID-19-a yoluxub
- Əfv Komissiyasında baxılan müraciətlərin sayı 750-ni ötüb
- Vəkil olmaq istəyən 159 nəfər ikinci mərhələyə keçib
- Azərbaycanda 5 dövlət əmlakı özəlləşdirilib
- Əfv komissiyasında indiyədək 650-dən çox müraciətə baxılıb
- Martın 15-dən SMS-icazə bərpa ediləcək? — Operativ Qərargahdan açıqlama
- 3254 şagird buraxılış imtahanı verəcək
- Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi”
- Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib