Ali Məhkəmədə 24 minə yaxın müraciətə baxılıb
13:31 19 Fevral 2021

Ötən il dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 23 min 878 müraciət daxil olub. Həmin müraciətlərə müvafiq qaydada baxılıb və ya onlar cavablandırılıb.
Femida.az xəbər verir ki, bu barədə fevralın 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin Plenumunun iclasında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində 2020-ci ilin martından başlayaraq vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçirilib.
O qeyd edib ki, bu dövrdə Ali Məhkəmənin sədri, sədr müavini və kollegiya sədrləri tərəfindən 230 nəfər, o cümlədən 135 nəfər bölgələrdə qəbul olunub. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı izahlar verilib. Eyni zamanda, müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 648
Oxşar xəbərlər
- Vətəndaş xəstəliyə görə cəzaçəkmədən hansı hallarda azad edilir?
- Dövlət Komitəsi gənc qızın intiharını hüquq-mühafizə orqanları ilə araşdırır
- Ötən il 400-dən çox hüquqi akt layihəsi təhlil edilib
- Baş prokurorun müavini Məhkəmə-Hüquq Şurasına üzv seçilib
- Deputat Məhkəmə-Hüquq Şurasının üzvü olacaq
- Ali Məhkəmənin iki hakimi Məhkəmə-Hüquq Şurasına üzv oldu
- 300 hüquqşünas hakim olmaq üçün imtahan verəcək
- Məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlıq genişlənir
- 11 yaşlı qızı nişanlayan ailəni hansı məsuliyyət gözləyir? - QANUN
- Vətəndaş vəkilə ödədiyi pulu geri tələb edə bilərmi? - HÜQUQİ ŞƏRH