Putin niyə hələ də general deyil?


15:37     19 Fevral 2021 putin9.jpg


Rusiya Prezidenti Vladimir Putin polkovnik rütbəsinə malikdir.

Femida.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Putinin niyə general rütbəsi olmadığına dair suala cavab verən Peskov bildirib ki, Rusiya lideri bu ada dəfələrlə layiq olub. Lakin hazırda general olmaq onun üçün prioritet deyil.

"Onun çoxlu işləri var. Putin dövlətin fəaliyyəti ilə əlaqəli gündəlik məsələlərlə məşğuldur", - Peskov deyib.

Mətbuat katibi, həmçinin əlavə edib ki, Rusiya lideri kadr zabiti deyil.

Femida.az

Açar sözlər: #Putin  

Oxunub: 3944