“Qarabağ müharibəsi türk dünyasının birliyini göstərdi” - Ərdoğan
15:48 19 Fevral 2021

“Türk dünyası olaraq geridə qoyduğumuz dövrdə koronavirus pandemiyası səbəbilə dostlarımız, sevdiklərimiz də daxil olmaqla bir çox insanı itirmək ağrısını yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qucaqlaşmasının sevincini də ürəyimizdə hiss etdik”.
Femida.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunun iştirakçılarına ünvanladığı məktubda əksini tapıb.
44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə görə Azərbaycan xalqını təbrik edən Ərdoğan deyib:
“Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu təkrar gördük. . Bir ailənin üzvləri olaraq qarşıdakı dövrdə əsas məsuliyyətimiz bu əlaqələri gücləndirmək və aramızdakı iş birliyini daha da inkişaf etdirmək olmalıdır".
Femida.az
Oxunub: 227
Oxşar xəbərlər
- Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq
- Ərdoğan: "Qarabağın işğaldan azad olunmasını uğurla yekunlaşdırdıq"
- Ayaqyalın çıxdığı kəndə 30 il sonra qayıtdı - Tuğdan VİDEOREPORTAJ
- Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
- XİN başçıları Qarabağ bəyanatını müzakirə etdi
- Rusiyalı istehkamçılar Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirib
- Qarabağ Zəfəri ilə bağlı Türkiyədə film çəkiləcək - Ərdoğan göstəriş verdi
- Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək
- Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Qarabağda hərbçilərin yerləşdirməsi ilə bağlı
- İlham Əliyev: “Dağlıq Qarabağ ifadəsini işlətməməliyik” - VİDEO