“Qarabağ müharibəsi türk dünyasının birliyini göstərdi” - Ərdoğan


15:48     19 Fevral 2021 erdogan.jpg

“Türk dünyası olaraq geridə qoyduğumuz dövrdə koronavirus pandemiyası səbəbilə dostlarımız, sevdiklərimiz də daxil olmaqla bir çox insanı itirmək ağrısını yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qucaqlaşmasının sevincini də ürəyimizdə hiss etdik”.

Femida.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunun iştirakçılarına ünvanladığı məktubda əksini tapıb.

44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə görə Azərbaycan xalqını təbrik edən Ərdoğan deyib:

“Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu təkrar gördük. . Bir ailənin üzvləri olaraq qarşıdakı dövrdə əsas məsuliyyətimiz bu əlaqələri gücləndirmək və aramızdakı iş birliyini daha da inkişaf etdirmək olmalıdır".

Femida.az

Açar sözlər: #Qarabağ   #Ərdoğan  

Oxunub: 414