FHN: Bu günədək 880 mina zərərsizləşdirilib


16:23     19 Fevral 2021 21_02_19_1613738566.jpg

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

FHN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, birgə fəaliyyət nəticəsində bu günədək, ümumilikdə, 880 ədəd mina və 27 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib.

Minalardan 390 ədədi piyada əleyhinə, 490 ədədi isə tank əleyhinə olan minalardır.





Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 616