Azərbaycanda 9 qadın prokuror vəzifəsində irəli çəkilib


17:06     19 Fevral 2021 2021/02/prok_esasbina_1612782443.jpg


"Aparılan kadr islahatları nəticəsində 9 qadın prokurorluq əməkdaşı vəzifədə irəli çəkilib".


Femida.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində deyib.

Bildirib ki, onlardan 2-si Baş Prokurorluğun idarə və şöbə rəisləri, 3-ü idarə rəislərinin müavinləri, müasir prokurorluğun tarixində ilk dəfə 2-si rayon prokuroru, 1-i rayon prokurorunun müavini, 1-i isə şəhər prokurorunun böyük köməkçisi vəzifələrinə təyin edilib.

Femida.az

Açar sözlər: #prokuror   #qadın  

Oxunub: 571