25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi


17:10     19 Fevral 2021 21_02_19_1613740317.jpg


44 günlük Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Femida.az xəbər verir ki, söhbət müddətdən artıq həqiqi hərbi qulluqçu olan 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçdən gedir. 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda da var idi.

Bildirilir ki, şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

Şəhidin atası da bir müddət əvvəl rəhmətə gedib.

Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 494