Ramiz Mehdiyevin həyat yoldaşına qarşı iddia üzrə məhkəmə prosesi keçirilib
18:17 19 Fevral 2021
Bakı Kommersiya Məhkəməsində “Fireland Vineyards” MMC-nin rəhbəri Elmar Çingiz oğlu Səidovun Qalina Yuriyevna Mehdiyevaya qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.
Femida.az xəbər verir ki, iclas hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub.
Baxış iclası martın 17-ə təyin edilib.
Qeyd edək ki, Elmar Səidov Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan "Fireland Vineyards" MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisidir. Mediada yayılan məlumatlara görə, "Fireland Vineyards" MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir və Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, Q.Mehdiyeva və oğlu dəfələrlə kənd təsərrüfatı üçün subsidiya alıblar.
Bundan başqa, 2019-cu ildə “Fireland Vineyards” MMC-nin direktoru Səidov Elmar Çingiz oğlu milyonlarla mənimsəməyə yol verilməsi barədə də KİV-də məlumatlar yayılıb.
Xatırladaq ki, Qalina Yuriyevna Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşıdır.
Oxunub: 537
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
- Ramiz Mehdiyev istefa verib
- Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilən sayt rəhbərinə hökm oxunub
- Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
- Ramiz Göyüşov YAP-dan çıxarılıb
- Ramiz Əzizbəyli vəfat edib
- Ramiz Məmmədov vəfat edib
- Ramiz Həsənov nazir müavini vəzifəsindən azad edildi - Səfir təyin edildi
- Ramiz Məmmədov sabah dəfn ediləcək
- Ramiz Mehdiyevin oğlunun şikayəti əsasında şirkət rəhbəri tutuldu