Türkiyədə bu gün koronavirusdan 82 nəfər vəfat edib


20:38     19 Fevral 2021 21_02_19_1613751876.jpg

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 82 nəfər vəfat edib.

Femida.az -ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 419 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 498, ağır xəstələr isə 1185 nəfər olub.


Qeyd edək ki, Türkiyədə indiyədək 2 624 019 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 511 548 nəfər sağalıb, 27 903 nəfər isə həyatını itirib.

Açar sözlər:

Oxunub: 395