Putin və Medvedev İlham Əliyevi təbrik etdi


18:22     23 Dekabr 2015 Dmitry_Medvedev_and_Vladimir_Putin-1.jpg

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.


Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır.

Siz bizim ölkənin əsl dostu kimi, müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyir, ən xoş arzularımı bildirirəm".


İlham Əliyevi həmçinin Rusiya hökumətinin sədri Dmitri Medvedev də təbrik edib.

D. Medvedevin məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Rusiyada Sizi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının bütün kompleksinin genişlənməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar. Şəxsən Sizin köməyinizlə energetika, sənaye, infrastruktur sahələrində iri müştərək layihələr həyata keçirilir, ölkələrimizin ictimai strukturları və biznes birlikləri xətti üzrə intensiv dialoq aparılır.

Sizinlə çoxsaylı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Maraqlı və etimada əsaslanan ünsiyyətimizi davam etdirməyə şad olaram. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

Açar sözlər:

Oxunub: 1605