Vətən Müharibəsi qazisi Biləsuvar Rayon İcra Hakimiyyətində şöbə müdiri oldu
09:11 20 Fevral 2021

Biləsuvar Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.
Femida.az -ın məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə Vətən Müharibəsi qazisi Zamiq Adil oğlu Mənsimli həmin şöbənin müdiri təyin olunub.
Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli Vətən müharibəsində iştirak edib. O, ağır döyuşlərdən birində yaralanıb. Z.Mənsimli Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.(Report)
Oxunub: 210
Oxşar xəbərlər
- Vətən müharibəsi memorial kompleksinin ilk eksponatları - FOTOLAR
- Vətəndaşlara 40 min manatadək ziyan vuran dəstə üzvləri saxlanılıb
- Vətəndaş xəstəliyə görə cəzaçəkmədən hansı hallarda azad edilir?
- Vətəndaşın minaya düşməsi ilə bağlı cinayət işi başlandı
- Vətən müharibəsi iştirakçısı Masallı icra hakimiyyətində şöbə müdiri təyin edilib
- Vətən müharibəsi şəhidinin xatirəsinə beynəlxalq yarış başladı
- Vətəndaş vəkilə ödədiyi pulu geri tələb edə bilərmi? - HÜQUQİ ŞƏRH
- Vətən müharibəsində şəhid olan əsgər İmişlidə dəfn edilib
- Vətən müharibəsində ziyan çəkənlərə yardımların verilməsi yekunlaşır
- Vətən müharibəsi qazisi dələduzluqla üzləşib