Bayden Rusiyanı NATO-nu zəiflətmək cəhdlərində günahlandırıb


09:20     20 Fevral 2021 21_02_20_1613770639.jpg

ABŞ Prezidenti Co Bayden Rusiyanın Vaşinqtonun NATO müttəfiqləri ilə transatlantik tərəfdaşlığını pozmağa çalışdığını bildirib.

Femida.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

ABŞ lideri Rusiyanın Avropa layihəsi və NATO ittifaqını zəiflətmək, eyni zamanda transatlantik birliyi ilə bağlı qərarlarını pozmaq istədiyini diqqətə çatdırıb.


Onun sözlərinə görə, Kremlin ayrı-ayrı ölkələri təhdid etməsi vahid və güclü bir transatlantik ittifaqla danışıqlar aparmaqdan daha çox asandır.

Bayden ayrıca olaraq, Ukraynanın suverenliyini qorumağın vacibliyini də vurğulayıb.

Açar sözlər:

Oxunub: 198