Masallıda qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb
09:55 20 Fevral 2021

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Təzəkənd kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri X. Əliyev, R. Şükürov və V. Ağayev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az -a verilən məlumata görə, onlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, R.Şükürovdan isə müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi aşkarlanıb.
Hər üçü barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Oxunub: 193
Oxşar xəbərlər
- Masallıda qardaş qardaşı qətlə yetirib
- Cəlilabad və Masallıda yaşayış yerini tərk edən koronavirus daşıyıcıları saxlanılıb
- Astara və Masallıda yaşayış yerini tərk edən 3 koronavirus xəstəsi aşkarlanıb
- Masallıda koronavirus xəstəsi işlədiyi ət dükanında aşkarlanıb
- Masallıda 27 yaşlı qızı elektrik cərəyanı vurub
- Masallıdakı qətlə bağlı - Prokurorluqdan açıqlama
- Masallıda qadın müəmmalı şəkildə qətlə yetirilib
- Masallıda vəzifə saxtakarlığı etmiş icra nümayəndəsinin məhkəməsi başlayır
- Masallıda qadını kəndirlə boğaraq öldürən şəxs məhkəmə qarşısına çıxarılır
- Masallıdakı məmurların işi məhkəməyə göndərildi