Bakıda hoteldə arvadına 18 bıçaq zərbəsi vuraraq öldürən şəxslə bağlı yeni xəbər
11:22 20 Fevral 2021
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qəsdən öldürməkdə təqsirləndirilən Murad Şamilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Femida.az “Report”a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 5-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində törədilib.
Sentyabrın 3-də gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib. Qadın hadisə yerindəcə ölüb. M.Şamilov polisə gedərək törətdiyi əməli etiraf edib.
Məlum olub ki, cütlük ayrı yaşayıb. Ş.Şamilova boşanma üçün məhkəməyə müraciət edib. Qətl hadisəsindən əvvəl M.Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib.
Onların iki azyaşlı övladı var.
M.Şamilova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxunub: 402
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb