Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb
12:12 20 Fevral 2021

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K. Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər.
Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.
Oxunub: 209
Oxşar xəbərlər
- Qubada qızını boğub öldürən şəxsin məhkəməsi başlayır
- Qubada tramadol satan şəxslər saxlanıldı
- Qubada karantini pozan dönərxana aşkarlandı
- Qubada karantin postunda saxlanılan avtomobildə nərə balıqları aşkarlandı
- Qubada ev əşyaları ilə birgə yandı
- Qubada ərzaq mağazası yandı
- Qubada oğurluq edən şəxs saxlanılıb
- Qubada keçmiş rəis koronadan vəfat etdi
- Qubada kafe sahibi və daha 9 nəfər cərimələndi
- Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələndi