Şantajla pul alan şəxs saxlanıldı - Salyanda


13:36     20 Fevral 2021 2018/03/skype-santaj_1520841525.jpg


Salyan RPŞ-yə müraciət edən vətəndaş bir nəfərin fevralın 19-da barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu almasını bildirib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az


Açar sözlər: #şantaj  

Oxunub: 434