Azərbaycanla Türkiyə arasında daha 4 sənəd imzalanıb
14:23 20 Fevral 2021

Nazirlər Kabineti Ankarada fevralın 19-da keçirilən Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının sonunda iqtisadi əməkdaşlığa dair imzalanan sənədlərin siyahısını açıqlayıb.
Femida.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, həmin sənədlər aşağıdakılardır:
- Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol;
- Halal akkreditasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
- Türk Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Əməkdaşlıq Protokolu;
- Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 9-cu iclasının Protokolu və Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığına dair fəaliyyət planını Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay imzalayıblar.
İmzalamadan sonra Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay mətbuata açıqlama ilə çıxış ediblər.
Qeyd edək ki, iclasda 8-ci iclasda qəbul olunmuş qərarların həyata keçirilməsinin vəziyyəti müsbət qiymətləndirilib.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə Prezidentlərinin müəyyənləşdirdiyi 2023-cü ildə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırmaq haqda tapşırığı həyata keçirmək əsas hədəfdir.
Növbəti illərdə iqtisadi və ticarət əlaqələrini sürətləndirməyin yolları müzakirə olunub.
Femida.az
Oxunub: 274
Oxşar xəbərlər
- Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
- Azərbaycan Avrasiyanın əsas qaz hasilatçısına çevriləcək
- Azərbaycan məhsulları BƏƏ-yə ixrac ediləcək
- Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana yeni qayda ilə daxil olacaq
- Azərbaycanda martın sonu karantin yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
- Azərbaycan neftinin qiyməti 65 dolları keçib
- Azərbaycanda dəhşətli qəza: 30 maşın toqquşdu
- Azərbaycan-İordaniya siyasi əməkdaşlığı yüksək səviyyədədir
- Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başladı - YENİLƏNDİ
- Azərbaycan gömrükçüləri külli miqdarda brilliant qaşlar müsadirə edib