Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb
14:57 20 Fevral 2021

Fevralın 19-da saat 16 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan Femida.az-a verilən xəbərə görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonu ərazisində inşa edilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar podrat müqaviləsi əsasında “Colosium” MMC tərəfindən aparılan işlər zamanı qəlibçi 1992-ci il təvəllüdlü Qamət Ağayev həmin binanın 12-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 263
Oxşar xəbərlər
- Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında
- Bakıda minik, Gəncədə yük avtomobili yanıb
- Bakıda yolu keçən gənci avtomobil vurdu
- Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
- Bakıda havanın temperaturu 0 dərəcədir - FAKTİKİ HAVA
- Bakıda 7 müntəzəm marşrut xəttinin hərəkəti müvəqqəti dəyişdirilir
- Bakıda hava şəraiti ilə əlaqədar 64 nəfər yıxılaraq xəsarət alıb
- Bakıda yol qəzasında iki nəfər xəsarət aldı
- Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb
- Bakıda qarlı havaya görə avtobuslara aralıq dayanacaqlarda da sərnişin mindirib-düşürmək tapşırılıb