12 obyektdə epidemiya əleyhinə rejim pozuldu
15:15 20 Fevral 2021
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda Orxan Qəmərliyə məxsus mağazada, Yasamal rayonunda Tofiq Məmmədova məxsus ticarət obyektində, Maqsud Ağazadəyə məxsus stomatoloji kabinetdə, Nəsimi rayonunda “Aptek-323”də, Pərviz Bayramlıya məxsus geyim mağazasında, Leyla Qurbanovaya məxsus “Lombard”da, Xətai rayonunda Vüsal Musayevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “Müstəqil-V” MMC-yə məxsus mağazada, "NI Group" MMC-nin baş ofisində, Nərimanov rayonunda “Keramika aləmi” mağazasında, Eyvaz Məmmədova məxsus ticarət obyektində, Suraxanı rayonunda Orxan Əliyevə məxsus “Avtomobil ehtiyat hissələri mağazası”nda, ümumilikdə, 12 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Femida.az
Oxunub: 419
Oxşar xəbərlər
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub
- Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb
- Neftçalada 12 yaşlı yeniyetmə kollektorda boğulub
- Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
- Maaşlar 12,3 faiz artıb
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.05.2022)
- Türkiyə ordusu Suriyada daha 12 terrorçunu zərərsizləşdirib
- Türkiyə ordusu 12 terrorçunu məhv edib