"Azərbaycanda 60 min iş yeri açılacaq"- Deputat


15:30     20 Fevral 2021 musa%20q2.jpg


Azərbaycanda 2021-ci ildə 60 min sosial iş yeri açılacaq.

Femida.az-ın “Milli Məclis” jurnalına istinadən verdiyi məlumata görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, həmin iş yerləri ilkin olaraq sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə təqdim ediləcək.

“Heç şübhəsiz ki, dövlətin sosial müdafiə tədbirləri davamlı və daha əhatəli olacaq, daha da genişlənəcək, onların maddi, sosial, tibbi, psixoloji problemlərinin kompleks həlli üçün effektiv tədbirlər görüləcək”, - deyə M.Quliyev əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 463