Təhsil nazirindən yeni təyinatlar
16:02 20 Fevral 2021

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.
Femida.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Teymur Əhmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu təyinata qədər T.Əhmədov BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsində çalışıb.
Təhsil nazirinin digər əmrlərinə əsasən, Anar Mustafazadə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin olunub.
BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə də yeni təyinat olub. Belə ki, İlkin Həsənov Mərkəzin direktoru vəzifəsinə təyin edilib.
Femida.az
Oxunub: 301
Oxşar xəbərlər
- Təhsil Nazirliyindən məktəblərlə bağlı AÇIQLAMA
- Təhsil Nazirliyinin şöbə müdirinin müavini işdən çıxıb
- Təhsil Nazirliyi magistraturada əyani dərslərin başlaması məsələsinə aydınlıq gətirib
- Təhsil İdarəsində İctimai Şura üzvləri ilə görüş keçirilib
- Təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək
- Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır
- Təhsil Nazirliyi: Müəllimlərin vaksinasiyası məcburi olmayacaq
- Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
- Təhsil naziri virtual dərslərə girməyən müəllimlərlə bağlı məsələyə aydınlıq gətirib
- Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olunub