Bitkoinin qiyməti növbəti dəfə rekord vurub


19:21     20 Fevral 2021 bitkoin.jpg

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti növbəti dəfə rekord vurub.


Femida.az-ın məlumatına görə, kriptovalyuta son həftə ərzində 18 faiz bahalaşaraq 56,2 min dollara çatıb.

Bu, bitkoinin yarandığı gündən ən yüksək qiymətdir. Bildirilir ki, kriptovalyutanın dəyərinin yüksəlməsi səbəblərindən biri "Tesla" şirkətinin bu günədək bitkoinə 1,5 milyard dollar məbləğində investisiya yatırmağı olub.

Açar sözlər:

Oxunub: 377