FHN Ucarda baş verən ağır qəza ilə bağlı məlumat yayıb


23:11     20 Fevral 2021 qeza_yeni.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.


FHN-dən Femida.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 466