Dövlət Komitəsi gənc qızın intiharını hüquq-mühafizə orqanları ilə araşdırır
23:14 20 Fevral 2021
Bakıda gənc qızın valideynləri tərəfindən təzyiqlərə məruz qaldığı üçün intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.
Bu barədə Femida.az-a cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O, qeyd edib ki, məsələ Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.
"Hazırda bu istiqamətdə hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalar aparılır. Araşdırmalardan sonra ictimaiyyətə yekun məlumat veriləcək", - o əlavə edib.
"Bir daha vətəndaşlardan xahiş edirik ki, belə hallarla rastlaşanda dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 nömrəli "Qaynar xətt"inə məlumat versinlər. Çünki bu cür halların qarşısının alınmasında ictimai nəzarət böyük əhəmiyyət kəsb edir. Vətəndaşlar tərəfindən bizim "Qaynar xətt"ə daxil olan məlumatlar əsasında biz zorakılıq hallarının qarşısını vaxtında ala bilərik", - Teymur Mərdanoğlu deyib.
Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva fevralın 19-da Bakının Xətai rayonu, Yeryemenko küçəsində yerləşən çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Daha sonra qızın intihar etməsinə valideynlərinin səbəb olduğu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Femida.az
Oxunub: 427
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib