Bu gündən cins mal-qara və cücə idxalı gömrük rüsumundan azad edilir
09:17 21 Fevral 2021

Bu gündən cins mal-qara və cücə idxalının gömrük rüsumundan azad edilməsi ilə bağlı qərar qüvvəyə minib.
Femida.az -ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 22 yanvar tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 0102 21 300 0 kodu ilə göstərilən safqanlı cins inəklər, 0102 21 900 0 kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), 0105 11 110 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və 0105 11 190 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulur.
Qeyd edək ki, əvəllər bu müddət 25 sentyabr 2020-ci ilədək nəzərdə tutulmuşdu.
Oxunub: 247
Oxşar xəbərlər
- Bu ərazilərdə 10 dərəcə şaxta olacaq
- Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
- Bu gün də bir sıra məhkəmə prosesləri təxirə salınıb
- Bu istiqamətlər üzrə avtobuslar tam hərəkət edə bilmir - SİYAHI
- Bu qida əlavələrinin sertifikatlaşdırılmasına icazə verilmədi
- Büdcəndən siyasi partiyalara ilk maliyyə yardımı ayrılıb
- Bu gündən hərbçilərin vaksinasiyasına başlanılıb
- Bu gün Əfv Komissiyasının iclası keçiriləcək
- Bu işəgötürənlərə xəbərdarlıq edildi
- Bu yerlərdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub