Bakı-Sumqayıt yolunda üç avtomobil toqquşub - FOTO


09:59     21 Fevral 2021 21_02_21_1613886482.jpg

Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub.

Femida.az xəbər verir ki, hadisə şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

"Opel" markalı nəqliyyat vasitəsi eyni markalı avtomobillə toqquşub. Daha sonra "Saipa" markalı nəqliyyat vasitəsi hər iki avtomaşına çırpılıb. Qəza nəticəsində "Saipa" markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Açar sözlər:

Oxunub: 509