Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 435-ə yüksəlib


11:39     21 Fevral 2021 21_02_21_1613891606.jpg

Gürcüstanda ötən sutkada daha 258 nəfərə koronavirus diaqnozu qoyulub, 10 pasiyent vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 268 355-ə, ölənlərin sayı isə 3 435-ə çatıb.

Son 24 saat ərzində 571 nəfər sağalaraq evə buraxılıb. Xəstəlikdən sağalanların ümumi sayı 261 637-yə yüksəlib.

Açar sözlər:

Oxunub: 396