Ermənistanda daha 168 yeni yoluxma faktı qeydə alınıb


11:55     21 Fevral 2021 21_02_21_1613891798.jpg

Ermənistanda son sutkada daha 168 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 402-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 164-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 801 nəfərdir. İndiyədək 161 994 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 443 aktiv koronavirus xəstəsi var.

Açar sözlər:

Oxunub: 395