Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 200 milyon dozanı ötüb
12:49 21 Fevral 2021
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 88-ə çatıb.
Femida.az -IN xəbərinə görə, bu barədə “Bloomberg”in hazırladığı infoqrafikada qeyd olunub.
Vaksinasiyanın aparıldığı ölkələrdə ümumilikdə 202 milyon dozadan çox vaksin vurulub. Gündəlik vaksin olunanların sayı isə 6.35 milyon nəfərə çatıb.
ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 61.3 milyon doza peyvənd tətbiq edilib ki, bu da əhalinin hər 100 nəfərinə 18.5 doza edir.
Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 40.5 milyon, Avropa İttifaqında 26.2 milyon, Böyük Britaniyada 17.8 milyon, Türkiyədə 6.5 milyon doza peyvənd vurulub.
Vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsrail olaraq qalır. Bu ölkədə artıq 7.1 milyon doza peyvənd vurulub ki, bu da əhalinin hər 100 nəfərinə 78.8 doza deməkdir.
Oxunub: 447
Oxşar xəbərlər
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 482,3 milyonu ötüb
- Dünyada koronavirusa yoluxma sayı 480 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 466 milyona çatır
- Dünyada koronavirusa yoluxanların sayı 456 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 450 milyon nəfəri ötüb