Azərbaycan silahları BƏƏ-də nümayiş olunur
13:11 21 Fevral 2021

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 21-dən Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
Bu barədə Femida.az-a Nazirlikdən məlumat verilib.
Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.
Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi öz işini fevralın 25-dək davam etdirəcək.
Oxunub: 269
Oxşar xəbərlər
- Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
- Azərbaycanda 17 minə yaxın şəxs peyvənd olunub
- Azərbaycanda 278 yeni yoluxma qeydə alınıb
- Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payı azalıb
- Azərbaycanda koronavirusdan daha 4 nəfər ölüb
- Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mənfi rəy verməyəcək
- Azərbaycanda törədilən dəhşətli qətlin üstü açıldı – HƏBSLƏR VAR
- Azərbaycanın avtomobil yollarında son vəziyyət
- Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub
- Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT