Nazirlik daha bir qaziyə dəstək göstərdi
14:03 21 Fevral 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş və döyüşlərin birində yaralanmış Əliyev Əsəd Qurban oğlunu da sosial dəstəklə əhatə edib.
Bu barədə Femida.az-a ƏƏSMN-dən məlumat verilib.
Qeyd olunub ki, Bakının Xəzər rayon sakini olan qazi anası ilə birgə yaşayır. Nazirlik tərəfindən Əsədə əlillik və bununla əlaqədar Prezidentin aylıq təqaüdü və müavinət təyin olunub.
Bu günlərdə Nazirliyin əməkdaşları qazinin ailəsi ilə görüşərkən o, özünüməşğulluq proqramına cəlb olunmaq, proqramın dəstəyi ilə meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq istədiyini bildirib. Əsədin bu istəyi nəzərə alınaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.
Qısa müddətdə ona meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq üçün bütün avadanlıqlar təqdim edilib.
Oxunub: 244
Oxşar xəbərlər
- Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı araşdırmalara başladı
- Nazirlik vətəndaşları video formatda qəbul edəcək
- Nazirlik 15 obyektdə sanitariya-gigiyena tələblərinin pozulduğunu aşkarlayıb
- Nazirlik 1 milyon manatdan çox cərimə yazıb
- Nazirlik kiberdələduzlarla bağlı xəbərdarlıq etdi
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlik əməkdaşları qaziyə baş çəkdi