“YAŞAT” Fondu daha bir şəhidin övladına hesab açır
14:47 21 Fevral 2021

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.
Bu barədə Femida.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Ağaqardaş Abbasovun övladı İlknurun zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq.
Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Allah şəhidimizə rəhmət etsin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Femida.az
Oxunub: 255
Oxşar xəbərlər
- “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədən ölkəmizə həkim heyəti gətirilib
- “YAŞAT” Fondu daha 2 şəhidin övladına hesab açır
- “YAŞAT” şəhid anasının və iki qazinin əməliyyat xərclərini ödədi - FOTO
- “YAŞAT” Fondu qazilərimizi Türkiyəyə müalicəyə göndərdi
- “YAŞAT” fondu şəhid valideynlərinin əməliyyat xərclərini ödədi
- “YAŞAT” Fondu yeni doğulan şəhid övladları üçün banka depozit qoyacaq - 5 min manat
- “YAŞAT” Fondu 4 şəhidin ailə üzvünün əməliyyat xərclərini qarşılayıb
- “YAŞAT”a toplanan vəsait 28 milyon manatı ötüb
- “YAŞAT”ın dəstəyilə qazimiz əməliyyat olundu - VİDEO
- “YAŞAT” Fondu üç qazini əməliyyat etdirib