Yevlax sakini qonşusunu qətlə yetirib
15:51 21 Fevral 2021

Fevralın 21-də saat 13 radələrində Yevlax rayonun Qaraoğlan kəndi ərazisində 1983-cü il təvəllüdlü Səfərov Xəyal Qəmbər oğlunun üzərində “odlu silah yarası” xəsarəti olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yevlax rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Qorxmaz Həsənəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qorxmaz Həsənəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 277
Oxşar xəbərlər
- Yevlax sakinini elektrik cərəyanı vuraraq öldürdü
- Yevlaxda yanğın olub, xəsarət alan var
- Yevlaxda çayxana sahibi və müştəriləri cərimələndi
- Yevlaxda avtoqəza zamanı ölən şəxsin kimliyi məlum olub
- Yevlaxda bacı və qardaşa qarşı 92 min manatlıq dələduzluq edilib
- Yevlax-Xankəndi dəmiryol xətti yenidən qurulur
- Yevlaxda avtomobilin aşması nəticəsində 5 nəfər yaralanıb
- Yevlaxda inzibati binada yanğın olub
- Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var
- Yevlaxda intihara cəhdin qarşısı alındı