Şirkət direktoru həbs olundu


18:18     26 May 2015 b9934b9232876c8aa7719a4ab5a82d5f.jpg

“City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovun Beynəlxalq Banka kredit borcu var



“City Devoloper” MMC-nin direktoru Bəkirov Ratmir Əliəşrəf oğlu həbs edilib.

R. Bəkirovun vəkili Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R. Bəkirovun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən cinayət işi başlanılıb.

R. Bəkirovun Azərbaycan Beynəlxalq Banka kredit borcunun olduğu bildirilir

Açar sözlər:

Oxunub: 850