Göyçayda avtomobil su kanalına aşıb, yaralılar var
16:42 21 Fevral 2021
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 200 km-də, rayonun Qarayazı kənd ərazisində qeydə alınıb.
Rayonun Bəydövül kənd sakini idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan su kanalına aşıb.
Qəza nəticəsində yararsız hala düşmüş avtomobildən sürücü ilə bərabər daha dörd sərnişin çıxarılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər təcili tibbi yardım briqadasının köməkliyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Qeyd edək ki, yaralıların ikisi azyaşlı uşaqdır. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 419
Oxşar xəbərlər
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Göyçayda məktəb direktoru vəfat edib
- Göyçayda polisə xəsarət yetirilib
- Göyçayda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
- Göyçayda qanunsuz narkotik satışına görə 6 nəfər həbs edilib
- Göyçayda “E-manat”dan 32 000 manat oğurlanıb
- Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib
- Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb
- Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var